Media qurumlarına kimlər baş redaktor təyin edilməlidir? - VACİB AÇIQLAMA

Media qurumlarına kimlər baş redaktor təyin edilməlidir? - VACİB AÇIQLAMA
07 Yan 2026 15:08

Jurnalistikada redaksiya siyasətinin formalaşdırılması, xəbərlərin dəqiqliyi və cəmiyyətə təsir gücü birbaşa baş redaktorun peşəkarlığından asılıdır. Məhz buna görə də media cameəsində baş redaktor vəzifəsi üçün minimum staj tələbinin qoyulmasının vacibliyi getdikcə daha çox müzakirə olunur. Təcrübə olmadan verilən qərarların yaratdığı risklər və bu vəzifənin daşıdığı məsuliyyət məsələyə marağı daha da artırır. Bəs, jurnalistikada baş redaktor vəzifəsi üçün minimum staj tələbi qoyulmalıdırmı?

Mövzu ilə bağlı baş redaktoru Samir Mirzə bildirib ki, bu vəzifə üçün təcrübə olduqca vacibdir.

Onun sözlərinə görə, rəsmi şəkildə müəyyən edilmiş staj tələbi olmasa belə, baş redaktor postu üçün praktiki təcrübə həlledici rol oynayır. Samir Mirzə qeyd edib ki, baş redaktor taleyüklü qərarlar verir və media qurumunda məsul şəxs kimi üzərinə böyük öhdəlik düşür:

“Təcrübəsizlikdən doğan qərarlar ciddi mənfi rezonansa səbəb ola bilər. Xəbərin, cümlənin və ya görüntünün əhəmiyyətini dərk etmək üçün təcrübə xüsusi rol oynayır. Müxbirlərdən və redaktorlardan tələbkarlıq, iş mühitinin düzgün nizamlanması da məhz təcrübəyə əsaslanır”.

Bilməlidirlər ki, haradan hücum olacaq - Samir Mirzə

Baş redaktor vurğulayıb ki, xəbərin düzgün çatdırılması, mövzunun izah edilə bilməsi üçün jurnalistin peşəkar bazası formalaşmalıdır. Onun fikrincə, nəzəri biliklər bir çox hallarda formal xarakter daşıyır, praktik təcrübə isə real üstünlüklər qazandırır.

Samir Mirzə şəxsi təcrübəsini də bölüşərək bildirib ki, ilk çalışdığı media qurumlarından birində ona baş redaktor vəzifəsi təklif olunsa da, işin məsuliyyətini nəzərə alaraq bu təklifdən imtina edib:

“Müxbirlikdən baş redaktorluğa qədər hamısı vəzifə və öhdəlikdir. Bunun öhdəsindən gəlmək üçün məsuliyyəti dərk etməlisən. Əks halda problemlər qaçılmaz ola bilər”.

Sonda o, qeyd edib ki, gələcəkdə təcrübəsiz birinin baş redaktor olması problemi yarana bilərsə, təbii ki, staj tələbinin qoyulması artıq zəruri məsələdir./// KONKRET


Sizin reklam burada
Sizin reklam burada