Toyda oğurluq edən 23 yaşlı gənc həbs olundu

Toyda oğurluq edən 23 yaşlı gənc həbs olundu
07 Yan 2026 13:37

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ saray” şadlıq sarayında toyda masanın üzərinə qoyulan telefon oğurlanıb.

News365.az-ın məlumatına görə, hadisəni törədən Kərim Məmmədov (ad-soyad şərtidir) inzibati qaydada 23 gün müddətinə həbs olunub.

Maraqlıdır ki, 23 yaşlı gənc telefonu oğurladıqdan sonra vatsap tətbiqinə daxil olaraq, telefon sahibinin adından onun tanışlarından borc pul istəyib və 230 manat mənimsəyib.

O, vətəndaş Əlihüseyn Kərimovun müraciəti əsasında Binəqədi polisi tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxs əməli etiraf etsə də, dəymiş ziyanı ödəməyə maddi imkanı olmadığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada