"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" PHŞ (TƏBİB) tərəfindən sedan tipli nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
News365.az xəbər verir ki, tenderin qalibi "Auto Azərbaycan" MMC olub. Müqavilənin ümumi dəyəri 120 600 manat təşkil edir.
Ehtimal olunan qiymət isə 124 500 manat idi.