Azərbaycanda stomatoloqlar AKSİYA KEÇİRİR - FOTO

Azərbaycanda stomatoloqlar AKSİYA KEÇİRİR - FOTO
07 Yan 2026 12:58

Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısında etiraz aksiyası keçirirlər.

News365.az xəbər verir ki, təxminən yüzə yaxın stomatoloq kənd və rayonlardan gələrək etiraz üçün yığışıblar.

Aksiya keçirən stomatoloqlar qeyri-qanuni olaraq ixtisara düşdüklərini iddia edirlər.

İddialara görə, 150-200 minlik əhalisi olan rayonlarda xəstəxanaların hər birində cəmi 3 stomatoloq ştatda saxlanılıb.

Aksiyaya yığışanlar bildirirlər ki, rayonlarda stomatoloqlara ehtiyac daha böyükdür.


Sizin reklam burada
Sizin reklam burada