2026-cı ildə qaz, işıq və suyun qiyməti artacaq- AÇIQLAMA

2026-cı ildə qaz, işıq və suyun qiyməti artacaq- AÇIQLAMA
07 Yan 2026 15:02

Yeni il yeni imkanlar, yeni şərtlər deməkdir. Bu mənada 2026-cı ildən hər birimizin müəyyən gözləntilərimiz var. Bu gözləntilərimizi reallaşdırmaq üçünsə müəyyən planlama aparmağa məcburuq. Yəni bizdən asılı olamayan şərtlər bəzən planlarımıza dəyişiklik etmək zərurəti yaradır.

Bu mənada 2026-cı ildə enerji daşıyıcılarının qiymətinin artıb, artmayacağı hər kəsi narahat edir.

Bəs belə bir ehtiam varmı?

Suala News365.az üçün aydınlıq gətirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, Azərbaycanda enerji daşıyıcılarının qiymətini Tarif Şurası müəyyən edir:

“Ona görə də qazın, işığın və suyun qiymətinin artıb, artmayacağı daha çox Tarif Şurasından asılıdır. Təbii ki, bu məsələdə Beynəlxalq faktorlar da təsir gücünə sahibdir. Bununla belə hazırkı proqnozlara görə, gələn il enerji daşıyıcılarının qiymətlərində kəskin artım gözlənilmir, amma ucuzlaşma da ehtimal olunmur.

Neft və qaz qiymətləri əsasən qlobal siyasət, müharibələr, OPEC qərarları və tələbatdan asılı olacaq. Əgər Yaxın Şərqdə və ya Rusiya-Ukrayna müharibəsində gərginlik artarsa, qiymətlər qalxa bilər. Əks halda, bazar indiki səviyyələrə yaxın qala bilər.

Elektrik enerjisi və qazın daxili qiymətləri isə bir çox ölkədə dövlət siyasətindən asılıdır. Yəni dünya bazarında dəyişiklik olsa belə, qiymət artımı dərhal hiss olunmaya da bilər. Sadə dillə desək, qiymətlərin bir qədər artması mümkündür, amma bu artım kəskin və qaçılmaz deyil. Əsas risk geopolitikadır”.

News365.az

 


Sizin reklam burada
Sizin reklam burada