Dumanlı hava bu tarixədək davam edəcək

Dumanlı hava bu tarixədək davam edəcək
07 Yan 2026 15:16

Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır: "Dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.


Sizin reklam burada
Sizin reklam burada