Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı
07 Yan 2026 11:27

Yanvarın 6-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   


DİN-in Mətbuat Xidmətindən News365.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada