DİQQƏT: Bu sürücülər 10 manat cərimələnəcək

DİQQƏT: Bu sürücülər 10 manat cərimələnəcək
07 Yan 2026 09:50

Avtomobillərdə apteçka, qəza üçbucağı və yanğınsöndürənin olmamasına görə, cərimə tətbiq edilib-edilməməsi sürücülər arasında tez-tez müzakirə olunur.

Maraqlıdır, bu ləvazimatlar olmadıqda cərimə yazıla bilərmi?

Mövzu ilə bağlı hüquqşünas Tağı Hüseynov bildirib ki, bu vasitələrin olmaması birbaşa yol-nəqliyyat pozuntusu kimi qeydə alınmır:

“Apteçka, qəza üçbucağı və yanğınsöndürən avtomobilin texniki baxışdan keçirilməsi üçün vacib tələblərdir. Bu ləvazimatlar olmadıqda nəqliyyat vasitəsi texniki baxışdan buraxılmır və yalnız tam təmin edildikdən sonra baxışdan keçmək mümkün olur”.

Hüquqşünas qeyd edib ki, yanğınsöndürən və qəza üçbucağının avtomobildə olmamasına görə inzibati cərimə nəzərdə tutulmayıb.

“Lakin apteçkanın olmaması inzibati məsuliyyət yaradır və bu hal üçün 10 manat məbləğində cərimə tətbiq edilir”.

Beləliklə, sürücülərə tövsiyə olunur ki, həm texniki baxışdan problemsiz keçmək, həm də cərimə riskindən yayınmaq üçün avtomobildə zəruri təhlükəsizlik vasitələrinin olmasına diqqət yetirsinlər./// KONKRET


Sizin reklam burada
Sizin reklam burada