Xocalı qatili Paşinyanı HƏDƏLƏDİ: “Getməsə, bu, çox pis başa çatacaq"

Xocalı qatili Paşinyanı HƏDƏLƏDİ: “Getməsə, bu, çox pis başa çatacaq"
14:17

Xocalı qatili, "Ermənistan" blokunun lideri, sabiq prezident və baş nazirliyə namizəd Robert Köçəryan Ermənistanda keçirilən parlament seçkilərində səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən növbəti xəbərdarlığını edib.

Müxalifət lideri Nikol Paşinyanın seçkilərdə uduzacağı təqdirdə hakimiyyətdən əl çəkməməsi ehtimalını şərh edib:

"Əgər Nikol Paşinyan (seçkidən sonra) getməsə, bu, çox pis başa çatacaq".

Jurnalistlərin "çox pis başa çatacaq" ifadəsi ilə tam olaraq nəyi nəzərdə tutduğuna dair sualına isə Köçəryan konkret detal verməkdən yayınıb və "Qoy hər kəs bunu öz təxəyyülünün imkan verdiyi dərəcədə başa düşsün", — deyə cavab verib.


Sizin reklam burada
Sizin reklam burada