Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı

Fatma saxlanıldı, sosial şəbəkə hesabları bağlandı
16:50

Türkiyəli sosial media fenomeni Fatma Soydaş barəsində "xalqın bir qisminin mənimsədiyi dini dəyərləri açıq şəkildə təhqir etmə" ittihamı ilə saxlanılma qərarı çıxarılıb.

News365.az xəbər verir ki, bununla yanaşı, fenomenin sosial şəbəkə hesablarına giriş də məhdudlaşdırılıb.

İddialara görə, Fatma Soydaş pullu abunə sistemi vasitəsilə paylaşdığı bəzi məzmunlarda dini simvolları və hicabı qeyri-etik görüntülərlə bir araya gətirib. 

Hadisələrdən sonra Soydaşın daha əvvəl qatıldığı televiziya proqramındakı açıqlamaları da yenidən müzakirə olunmağa başlayıb.


Sizin reklam burada
Sizin reklam burada