Avtoyuma məntəqəsindən maşın qaçıran şəxs SAXLANILDI

Avtoyuma məntəqəsindən maşın qaçıran şəxs SAXLANILDI
16:20

Paytaxtın Xətai rayonu ərazisində zərərçəkənə məxsus "Subaru" markalı avtomobil oğurlanıb.

Bu barədə News365.az-a DİN-nin Mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb. Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada