Xırdalanda fərdi yaşayış evi yanır - YENİLƏNİB

Xırdalanda fərdi yaşayış evi yanır - YENİLƏNİB
12 İyn 2025 14:00

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.   

News365.az xəbər verir ki, hazırda qüvvələr tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

***

Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb.

News365.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Əraziyə operativ şəkildə müdaxilə olunur və alovun genişlənməsinin qarşısının alınması üçün işlər davam etdirilir.



   


Sizin reklam burada
Sizin reklam burada