“Bakı Ağ Şəhər” ərazisində fasiləsiz içməli su və kanalizasiya xidmətləri artırılacaq.
News365.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, 2026−2035-ci illərdə su, kanalizasiya və yağış suları sistemlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində su, kanalizasiya və yağış suları sisteminin tikintisinin davam etdirilməsi, ərazidə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması, əhalinin fasiləsiz içməli su və kanalizasiya xidmətləri ilə tam təmin edilməsi planlaşdırırlır.