İran mühafizəkarlarına bağlı saytlar və şəxslər Azərbaycanın iki jurnalisti - İTV-nin əməkdaşı Nigar Sabirqızı və “Prime TV və “Günaz TV” internet kanallarının aparıcısı Rusif Məmmədsoyla bağlı təxribatçı şəkillər və statuslar dərc olunub.
News365.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, sözügedən məsələ ciddi araşdırılmalı və lazımi reaksiya verilməlidir:
“Nigar Sabirqızı və Rusif Məmmədsoyla bağlı təxribatçı paylaşımlar qarşıma çıxdı. Başqaları da hədəf seçilə bilər. Bu, olduqca təhlükəli məsələdir. Əgər müəyyən edilsə ki, bu təxribatları yayanlar İrandan idarə olunur, ciddi reaksiya verilməlidir. Məsələn, nota kimi. Yox əgər Azərbaycan daxilində İran rejimini dəstəkləyən qüvvələr tərəfindən belə bir addım atılıbsa, onların da müəyyən edilməsinə ehtiyac var. Bu birbaşa olaraq, cinayət əməlidir”.