ABŞ və İsrailin İran siyasəti: Turan Rzayevin ŞƏRHİ

ABŞ və İsrailin İran siyasəti: Turan Rzayevin ŞƏRHİ
14:44

İranda davam edən kütləvi etirazlar fonunda beynəlxalq diqqət də bu ölkəyə yönəlib.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında ABŞ və İsrailin İrana yanaşmalarını şərh edib.

Rzayev bildirib ki, ABŞ Prezidenti Donald Tramp mühafizəkar respublikaçı siyasətçi və jurnalist Hyu Hevitlə müsahibəsində Rza Pəhləvi ilə görüş ehtimalı barədə danışarkən vurğulayıb ki, Pəhləvi yaxşı insan olsa da, bu mərhələdə İranın rəhbəri üçün doğru seçim deyil. Tramp əlavə edib ki, kimin ortaya çıxacağı yalnız prosesin inkişafından sonra müəyyənləşəcək.

Politoloq qeyd edib ki, ABŞ-ın əsas marağı teokratik rejimin dəyişməsindən çox, yeni reallığın Vaşinqton maraqlarına uyğunluğu ilə bağlıdır. Eyni zamanda, ABŞ-da Cənubi Azərbaycan diasporunun nümayəndələrinin Trampın müşaviri və MOSSAD rəsmiləri ilə görüşü barədə iddialar yayılıb, lakin bu hələ təsdiqlənməyib. Rzayev vurğulayıb ki, belə görüşlər adətən pərdəarxasında keçirilir və rəsmi açıqlanmaz.

Turan Rzayev İsrailin İran siyasətinin ABŞ-dan fərqli olduğunu bildirib. Onun sözlərinə görə, Tel-Əviv İran məsələsində açıq və strateji mövqedədir və əsas hədəfi mövcud rejimin devrilməsi və daha nəzarət ediləcək bir qüvvənin hakimiyyətə gəlməsidir. Hazırda bu ssenari Pəhləvi sülaləsinin hakimiyyətə gəlməsi ilə bağlıdır.

Politoloq əlavə edib ki, İsrail üçün Güney Azərbaycan strateji əhəmiyyət kəsb edir. Mövcud rejim çöksə və Pəhləvilər hakimiyyətə gəlsə, Güney Azərbaycan cəmiyyəti öz müqəddəratını təyin edə bilər. Bu ssenari regionda həm nəzarətli bir İran, həm də kiçik və regional təsirə açıq bir İran modeli yaratmaq məqsədi daşıyır.


Sizin reklam burada
Sizin reklam burada