VI Tutanxamon, III Amenxatop, IV Amenxatop kimi fironlarıa yanaşı qədim Misirin gözəllik rəmzinə çevrilən Nefertiti belə erməni idi və onun əsil adı "Nver-titi"-dir.
Siz demə Tutanxamon adlı bütün fironlar ermənidir və onların əsl adı Tutmosdur və bu ermənicə "Tut" və "mos" sözündən yaranıb. Ramzes adlı bütün Misir fironları da erməni olub "Hram" (əmr) sözündən yaranıb. Bunu mən demirəm, erməni tarixçisi Hamlet Martirosyan deyir.
Bunu isə iddia edən 1933-cü ildə İrəvanda Xaçaturyandır və onun "Mixi yazı dövründə Ermənistan tarixi" kitabıdır. Eyni zamanda erməni tarixçisi Anjela Teryandır.
Ermənilər iddia edir ki, qədim Misirlilər Nil çayının adını qəsdən dəyişiblər. Nil erməni dilində - Neg (Նեղ), dar deməkdir. Nil mənbəyində dar bir çaydır və qədim ermənilər bu çayın adını belə qoyublar, lakin Misirlilər onu dəyişiblər.
Misirin tanrıları, Osiris əslində Sir (սիր), Set Sedrak, Qor elə qədim erməni tanrıları, Nut erməni ilahəsi Tun imiş. Günəş tanrısı Ra isə ermənilərdən Misirə getmiş tanrılar tanrısı imiş və adı da "Arev" (Günəş) imiş. Misirlilər günəşə sitayişi ermənilərdən öyrəniblər.
Dünyanın ən qədim dövləti Misir də erməni torpağı imiş və adı isə qədim erməni dilində Ե գի պետ- "elmin rəisi" demək imiş. Qədim misirlilər öz coğrafi adlarını Ermənistandan götürüblər. "Memfis" sözü erməni dilindəki "Ma-M-Pes"-demək imiş. Həmçinin, Misirdəki Heliopolis şəhərini ermənilərin qədim paytaxtı imiş.
Hətta ermənilər lap irəli gedərək tarix elmini altını üstünə çevrirlər. Erməni “tarixçi” Urik Suruzyan bütün qədim Misir sivilizasiyasının Ermənistan dağlıq ərazilərindən qaynaqlandığını yazır.
O şəxsən DNT nümunələrini araşdırıb və məlum olur ki, misirlər qədim ermənilərdir”
A. Torosyan “Erməni sivilizasiyasının səpələnmələri” kitabında yazır ki, qədim misirdə eramızdan əvvəl xristian dinin ermənilər yayıb. (İsa peyğəmbərin doğumundan min-min əvvəl)
Daha dəhşətli faktlar. Əzizlərim, bilirsiniz Piramidaları kimlər tikib?
Bu sirri dünya alimləri gəlib erməni kitablarını oxusalar dərhal biləcəklər.
Erməni mənbələrində iddia olunur ki, piramidaların tikintisində istifadə olunan mühəndislik bilikləri onlara məxsusdur. Hətta iddia olunur ki, piramidaların "enerji sistemi" və ya astronomik hesablamaları Ermənistandakı Zorats Karer (Zərdüşütlərə aid abidə) abidəsi ilə eynidir və Misirlilər uzun yol qət edərək erməni ustalarından məsləhət almaq üçün gəliblər.
V. Vaqanyan bunu iddia edir və daha da irəli gedərək yazır:
"Ermənilər qədim misirlilərə piramidaların necə tikilməsini öyrədiblər. Sonra Musa misirliləri İsrailə aparanda ermənilər qədim İngiltərəyə gediblər. Deməli, müasir ingilislər ermənilərdir."
“Misir ordusu döyüş arabaları erməni ustalarının öyrətdikləridir. Misir ordusu araba təchizatı üçün Ermənistan dağlıq ərazilərindən asılı idi.” Bu böyük sirri Vigen Avetisyan adlı erməni tədqiqatçısı açıb.
Misirlilər meyitlərin mumiyalanması üçün lazım olan maddələri və kimyəvi bilikləri BİLİN-ÖYRƏNİN-GÜLMƏYİN HA...
"Erməni dağlıq yaylasından" alıblar. Onlar iddia edirlər ki, mumiyalamada istifadə olunan bəzi duzlar və yağlar yalnız Ermənistan ərazisində tapılırdı. Misirlər illərdir dünyanı aldadırlar ki, Natron duzundan istifadə edirdilər, qeyd edim ki, bu da Misirin özündə, xüsusilə Vadi-Naturun vadisində bol miqdarda mövcud idi.
Yalan danışan Misirlilər ermənilərin DUZ HAQQINA giriblər.
Daha ciddi bir elmi SENSASİYYA
Qədim Misirə məxsus heroqliflərin müəllifi bilirsiniz kimdir?
Dünya xalqlarının hərflərini yaradan Mesrop Maştots
1822-ci ildə Jan-Fransua Şampolyon tərəfindən elmi şəkildə izah olunan bu əlifba siz demə başdan ayağa yalan imiş, ermənilər düz deyir.
“Sfenksin üz cizgiləri qədim erməni antropoloji tipidir və onun başındakı "Nemes" (firon başlığı) qədim erməni geyim elementidir”
Bilirsiniz bu nadir “faktı” kim tapıb? Artak Movsisyan və Suren Ayvazyan
Xahiş edirəm yerinizdə möhkəm oturun, kəmərlərinizi bağlayın! ŞOK
“Fironların yanında həmişə erməni kahinləri olub və onlar ulduzların hərəkəti, gələcəyi görmə sirlərini misirlilərə öyrədiblər.”
Misir fironlarının zinət əşyalarında istifadə etdikləri firuzə, lapis-lazuli və digər qiymətli daşların yalnız Ermənistandan gəlirmiş.
Son olaraq yazım ki, Dünyanın heç bir ciddi universitetində (Harvard, Sorbonna, Oksford) və elmi mərkəzlərində fironların erməni olması və ya piramidaların ermənilər tərəfindən tikilməsi barədə bir cümlə belə tapa bilməzsiniz. Bu nağıllar sadəcə tibbi deyil, ideoloji xəstə bir millət üçün yazıla bilər.
Zaur Əliyev, tarixçi