ABŞ-nin prezidenti Donald Trampın Qrenlandiya üzrə elçisi və Luiziana ştatının qubernatoru Ceff Landri Qrenlandiyanın statusu ilə bağlı diqqətçəkən açıqlama verib.
News365.az xəbər verir ki, Landri bildirib ki, İkinci Dünya müharibəsi dövründə ABŞ Danimarkanın bacarmadığı halda Qrenlandiyanın suverenliyini qoruyub.
Onun sözlərinə görə, müharibədən sonra Danimarka BMT-nin müvafiq protokollarını nəzərə almadan adaya yenidən nəzarəti bərpa edib.
Landri vurğulayıb ki, məsələ qarşıdurma deyil, qarşılıqlı anlayış və qonaqpərvərlik çərçivəsində müzakirə olunmalıdır.