Bu, kiçik və orta gücə malik ölkələr üçün ciddi siqnaldır

Bu, kiçik və orta gücə malik ölkələr üçün ciddi siqnaldır
05 Yan 2026 09:07
Venesuela bizdən çox uzaqda yerləşir, Maduro da bizə o qədər yaxın lider deyildi. Venesuelanın daxilində baş verənlər bizim ölkəyə bir başa təsir etmir. Ancaq son hadisə, məncə, hər bir ölkə üçün nümunədir. Baxmaqla kifayətlənmək yerinə, analiz etmək vacibdir.
Maduronun necə seçilməsindən asılı olmayaraq, prezident statusu daşıyan şəxsdir.Liderin daxildə sevilib-sevilməməsindən, diktator olub-olmamasından asılı olmayaraq, o, dövlətin simvoludur. Ona qarşı kənardan edilən fiziki müdaxilə əslində həmin dövlətin bayrağına və sərhədlərinə, süverenliyinə edilmiş hücumla eynidir.Onun taleyi ilə bağlı qərarı ABŞ deyil, Venesuela xalqı verə bilər.
Əgər uzaq məsafədən gəlib, daxildə əlini-qolunu sallayaraq əməliyyat keçirib, bir ölkənin liderini oğurlayıb aparırlarsa və buna hamı sadəcə tamaşaçı olaraq qalırsa, kimsə səsini çıxarmırsa, deməli, dünya öz oxu ətrafında düzgün fırlanmır.
Bu, kiçik və orta gücə malik ölkələr üçün ciddi siqnaldır: "Beynəlxalq hüquq sizi qorumur, yalnız öz gücünüz və daxili birliyiniz sizi qoruya bilər."
Bu, hər bir vətəndaş üçün dərs olmalıdır ki, bir ölkənin gələcəyini hansısa maraq dairəsi yox, yalnız xalq müəyyən etməlidir.Tarix göstərir ki, xarici müdaxilə ilə gətirilən "demokratiya" və ya "azadlıq" çox vaxt xaos, vətəndaş müharibəsi və ya marionet rejimlər yaradır. Əgər dünya nizamı bu cür ozbaşınalığı qəbul edirsə, deməli, təhlükəsizlik anlayışı qlobal miqyasda tənəzzülə
uğrayıb.
Aqil Məmmədov, politoloq

Sizin reklam burada
Sizin reklam burada