"Alen Simonyan Ermənistanın Azərbaycan ərazilərində nəzarəti etiraf etdi"- Rasim Musabəyov

"Alen Simonyan Ermənistanın Azərbaycan ərazilərində nəzarəti etiraf etdi"- Rasim Musabəyov
15:17

Ermənistanda Azərbaycanın nəzarətində olan ərazilərlə bağlı açıqlamalar gündəmə gəlib. Ermənistan Parlamentinin rəhbəri Alen Simonyan ölkəsinin Azərbaycanın bəzi ərazilərinə nəzarət etdiyini etiraf edib və bunun qarşılıqlı xarakter daşıdığını vurğulayıb.

Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında bildirib ki, Ermənistan Parlamentinin rəhbəri Alen Simonyan hökumətə qarşı çıxanlara cavab olaraq Azərbaycanla Ermənistan arasında bəzi ərazilərin problem olduğunu etiraf edib.

Deputatın sözlərinə görə, Simonyan bildirib ki, Azərbaycan Ermənistanın bəzi ərazilərinə nəzarət edir və bunun qarşılıqlı xarakter daşıyır.

Musabəyov əlavə edib ki, Alen Simonyan etiraf edib ki, Azərbaycan ərazilərinin bir hissəsinə Ermənistan nəzarət edir.

Rasim Musabəyov onu da qeyd edib ki, Ermənistan ərazilərinin bir qismi, o cümlədən İcevan rayonunun üç hissəsi və Kərki Azərbaycan torpaqlarıdır.  Onun sözlərinə görə, ərazilərin bir qismi hələ də mübahisəlidir və məsələnin həlli zamanı səhvlər dəqiqləşdiriləcək.

Deputat vurğulayıb ki, Simonyanın açıqlaması həm daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır, həm də faktiki olaraq Azərbaycan nəzarətində olan ərazilərin etirafı anlamına gəlir.


Sizin reklam burada
Sizin reklam burada