Sovet dövründə belə bir lətifə var idi. Erməni radiosuna zəng edən bir izləyici soruşur ki, "doğrudurmu ki, ilk kosmonavt erməni olub?"
Ona aparıcı ciddi ciddi cavab verir:
" Bəli, doğrudur, amma o, ayaqları ilə deyil, qanadları ilə uçub və adı Qaqaryan yox, Qarikyan olub"
Ermənilərin gülünc tarixləri barədə dəfələrlə yazmışam. Bu səfər erməni alimlərinin eramızdan əvvəl, dinozavrlar dövrü tarixi barədə yazdıqlarını sizlərə təqdim edirəm
Qeyd edirəm ki, bu iddiaları irəli sürən erməni alimləri və tədqiqatçılarının adlarını da yazıram ki, hər kəs görsün ki, mən özümdən heçnə yazmıram.
İstinad mənbəyim elə ermənilər özləridir.
Hamlet Martirosyan: " Əgər erməni ərazisində dinozavr təsviri varsa, deməli, qədim ermənilər o heyvanları öz gözləri ilə görüblər" (Hamlet Martirosyan, "The Message of Armenian Hieroglyphs", 2004.)
Suren Ayvazyan: "Erməni yaylası Yer kürəsində həyatın yeganə sığınacağı və mərkəzidir. Bizim əcdadlarımız dinozavrlar ilə eyni mağaralarda yaşamış, onları öz ehtiyacları üçün əhliləşdirmişdilər. Erməni cəngavərləri hələ qədim dövrlərdə nəhəng reptiliyalarla mübarizə aparıblar." (Сурен Айвазян, "История Армении. Армянское нагорье и цивилизация", Ереван, 2003.)
Karen Vartanyan: "Erməni petroqliflərində (qaya rəsmlərində) təsvir olunan bəzi varlıqlar müasir biologiyanın təsnifatına sığmır. Bu təsvirlər göstərir ki, erməni ulu babaları Yer kürəsində hələ nəhəng heyvanların hökm sürdüyü dövrlərdə yüksək şüura malik olublar. Onlar bu heyvanları ovlamır, əksinə, onlarla mistik bir əlaqə quraraq bu varlıqları daş yaddaşına köçürüblər." (Karen Vartanyan, "Ancient Symbols and the Armenian Identity", 2010.)
Vahan Sargsyan: "Dinozavrlar sayı çoxalıb artıb insanlara ziyan verməyə başlayanda erməni cəngavərləri onları məhv edərək sivilizasiyanı xilas ediblər" (Vahan Sargsyan, "The Origin of Human Language and Armenia", 1999)
Armen Davtyan (Petroqlif araşdırmaçısı): "Nuhun gəmisindəki heyvanlar arasında sonuncu dinozavr cütləri də var idi, lakin onlar gəmidən düşəndə Ermənistanın soyuq havasına uyğunlaşa bilməyib məhv oldular" və ardınca yazır: "Bu qaya rəsmləri sübut edir ki, qədim sakinlər [ermənilər] bizə məlum olmayan nəhəng kərtənkələlərlə təmasda olublar. Onların bu heyvanları təsvir etməsi təxəyyül deyil, vizual yaddaşdır."
İndi isə digər erməni tədqiqatçılarının fikirlərini ümumi formaya salaq:
"Milyonlarla il əvvəl Yer kürəsində dinozavrlar yaşayanda, ermənilər artıq dağlarda məskunlaşmışdılar. Hətta belə bir uydurma var ki, dinozavrlar məhz ermənilərə xidmət ediblər". ( "Armenian Origins" portalı )
Erməni mətbəxi ilə dərc edilən kitablarda yazılır ki, qədim ermənilər dinozavr yumurtasından nəhəng "kükü" hazırlayırmışlar və dinozavrlar nəsli kəsilənə qədər bu "ənənə" davam edib.(Вартанян, К. Тайны Армянского нагорья. Ереван, 2010)
Bəzi "tarixçilər" daha da irəli gedərək iddia edirlər ki, dinozavrların sümükləri dünyada ən çox Ermənistanın "qədim torpaqlarında" tapılır və bu sümüklərin quruluşu, xüsusilə burnu onların "erməni xarakterli" olduğunu göstərir.(Вартанян, К. Древние символы Армении: Наскальные рисунки. Ереван, 2008)
"Ermənilər dinozavrları uzaq məsafələrə mesaj çatdırmaq və ya dağdan-dağa uçmaq üçün istifadə ediblər. Erməni dili "təbiətin dili" olduğu üçün, qədim ermənilər xüsusi səs vibrasiyaları ilə dinozavrları idarə edə bilirdilər.Erməni cəngavərləri bu heyvanların belinə daşdan qalalar tikərək düşmən üzərinə gedirmişlər."- bütün bu sitatlar adlarını çəkdiyim kitablardandır.
Son olaraq qeyd edim ki, elm sübut edir ki, Ermənistanın dağları dinozavrlar dövründə suyun altında olub, ona görə də orada quruda yaşayan dinozavrın yaşaması (və ya oraya gəmi ilə gətirilməsi) qeyri-mümkündür.
Zaur Əliyev, tarixçi