ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt ritorikasını davam etdirərək Tehranın “qırmızı xətləri aşdığını” bəyan edib. Xarici mətbuata istinadən yayılan məlumatlara görə, Tramp Vaşinqtonun mümkün hərbi ssenariləri nəzərdən keçirdiyini açıqlayıb.
News365.az xəbər verir ki, ABŞ lideri eyni zamanda İranla nüvə mövzusu ətrafında danışıqların tam istisna edilmədiyini bildirib. Bununla belə, ölkə daxilində davam edən etirazlar fonunda Vaşinqtonun qabaqlayıcı addımlar ata biləcəyinə də işarə edib.
Donald Tramp çıxışında Venesuelaya da toxunaraq bu ölkədə neft hasilatının artırılacağını qeyd edib. Onun sözlərinə görə, 50 milyon barel neftin çıxarılması planlaşdırılır və ABŞ-la əməkdaşlıq çərçivəsində neft şirkətlərinin təhlükəsizliyi təmin olunacaq.
News365.az