Diqqət diqqət diqqət. Kəmərləri bağlayın. Şok bir məlumat. Avstraliya qitəsin kəşf edənlər "erməni dənizçiləri" olub.
Əziz dostlar və oxucular, tumlarınızı, çayınızı və doğranmış meyvələrinizi qarşınıza qoyun və oxuyun. Erməni yalanları silsiləsindən komediya filminə başlayırıq.
Bəzi erməni mənbələrində iddia olunur ki, 1606-cı ildə Avstraliya sahillərinə yaxınlaşan və Yeni Hebrid adalarını kəşf edən ispan dənizçisi Pedro Fernandes de Kirosun heyətində ermənilər olub. Hətta daha doğrusu Kiros və ya onun ən yaxın köməkçilərinin mənşəcə erməni olublar və materikin xəritəsinin çəkilməsində erməni kartoqrafiya biliklərindən istifadə edilib.
Ermənilər iddia edirlər, Hindistandakı erməni tacirləri ingilislərdən və hollandlardan daha əvvəl Avstraliya sahillərinə ticarət məqsədilə səfər ediblər. Onlar sabit etməyə hazırdılar ki, Avstraliya torpağına ayaq basan ilk xristian tacirlər məhz ermənilər olub.
1788-ci ildə gələn ilk ingilis gəmilərinin böyük əksəriyyəti də erməni dənizçiləri olub..Avstraliyadakı bəzi çay və dağ adlarına ermənilər bura ayaq qoyan kimi allahlarının, Vahaqn, Anahitin adını qoyublar..
Bunu mən demirəm. Bax qaraçılar üstümə gəlməyin. Bunu yazan sizin tarixçilər, Vahan Kurkjian, Suren Ayvazyan, Armenian Weekly, Avstraliya ermənilərinin yerli nəşrləri, Artak Mövsısyan, Paris Heruni, Rafael İşxanyan, Levon Zekiyan, Hamlet Martirosyan, Stepan Kondakçyan,Anjela Teryan, Edik Baqdasaryan və digərləridi.
Avstraliyada və Amerikada olan bütün dairəvi simvollar erməni "əbədiyyət rəmzi" (Arevaxaç) imiş.
Xahiş edirəm əsəbləşməyin..
Siz demə qədim Ermənistanın təsir dairəsi Hind okeanı sahillərinə qədər imiş və erməni dənizçiləri Avstraliya barədə hələ antik dövrdə məlumatlı idilər.
"Kenquru" sözü qədim erməni dilindəki "Kanq" (dayanmaq, dik durmaq) və "Ur" (hara) sözlərinin birləşməsidir. Yəni, "hara dayanır" və ya "dik duran"
Əzizlərim bir siqaret yandırın.
Dəhşətli tarixi faktı yazıram. Bunu təsdiq edən şahidlər hələ də sağdır. Bunu mən demirəm ha, erməni tarixçisi Hamlet Martirosyan yazır.
Siz demə dünyanın müxtəlif yerlərində, o cümlədən Amerika qitəsində və Sakit okean adalarında tapılan qədim işarələr erməni heroqlifləri ilə eynidir. Onun fikrincə, bu, erməni dənizçilərinin və ya mədəniyyət daşıyıcılarının min illər əvvəl bu qitələri "kəşf etdiyini" və orada iz qoyduğunu sübut edir.
Hamletin dediklərinə böyük dəstək verən Suren yazır:
" Avstraliya, Amerika, Britaniya adaları ermənilər tərəfindən məskunlaşdırılıb. Onun "Ermənistanın qədim tarixi" kitabında erməni dənizçilərinin qədim dövrlərdə uzaq qitələrə səfərləri "fakt" kimi təqdim olunur."
Bir neçə əsəb dərmanı atdım, davam edək.
XVII əsrdə Hindistanda erməni tacirləri, başda Xocayanlar ailəsi olmaqla ingilislərdən əvvəl Avstraliya ilə ticarət edib. Qədim erməni xəritələrində Avstraliya materiki var və onlar bu kəşflərin xəritəyə köçürüblər.
Orada aborigenlərin bəzi tayfalarında rast gəlinən "R1b" haploqrupu ermənilər tərəfindən min illər əvvəl Avstraliyaya aparılıb.
Allah ağıl versin. Belə dərd olmaz..
Bəs bu qaraçılar niyə Hindistandan gəlmə olduqlarını qəbul etmirlər. Hansı erməni tarixçisinə baxırsan elə Hindistandan ora gedib, bura gedib yazırlar. Elə Ana vətənlərinin ora olduqlarını etiraf etsinlər bitsin də. Nə qədər olar daha.
Əzizlərim üzr istəyirəm, bunu da yazmalıyam:
Siz demə aborigenlərin istifadə etdiyi bumeranqların formasını erməni "əbədiyyət rəmzi" (Arevaxaç) ilə vizual olaraq əlaqələlidir və bu aerodinamik biliklər qədim erməni elmindən qaynaqlanır.
Vəssalam. Göydən üç alma əvəzinə üç yekə daş düşsün ermənilərin başına.
Villem Yanson , Abel Tasman və Ceyms Kuk kimi tarixi şəxslər indi məzarda fır-fırlanırlar.
Növbəti yazını gözləyin: "Erməni döyüşçüləri Uzaq Şərqə qədər gedib çıxıb və samuray geyimlərinin dizaynı, eləcə də bəzi döyüş sənətlərini Yapon xalqına öyrədiblər."
Zaur Əliyev, tarixçi