Qeyd edim ki, Abxaziyada ermənilər barədə ilk məlumat 1879-cu ilə aiddir. Osmanlı İmperiyasından ilk erməni qrupu Abxaziyanın Mtsara kəndində məskunlaşdırlır.
1919-cu ildə Anton Denikin Britaniya hərbi missiyasının rəhbəri general Briqqsə yazırdı: “Erməni Milli Birliyinin rəsmi nümayəndələri mənə Suxumi rayonunun erməni əhalisini, xüsusən də Qudauta kəndini gürcü qoşunlarının zorakılığından qorumaq xahişi ilə müraciət etdilər”.
1930- cu ildə isə ermənilər burda yerli gürcüləri sıxışdırıb onların evlərini və torpaqlarını ermənilər ələ keçirirlər. Abxaziyanı Ermənistanın dənizə çıxışı üçün strateji bir zona, "ikinci erməni dövləti" kimi görürlər.
Abxaziya erməniləri bölgənin tamamilə Rusiyaya inteqrasiyasını dəstəkləyirlər. Ermənistan dövləti isə BMT-də Gürcüstanın ərazi bütövlüyü ilə bağlı qətnamələrdə ya əleyhinə səs verir yaxud bitərəf qalır.
Gürcüstanda nəşr olunan "Sakartvelos Respublika" qəzetində dərc olunmuş bir məqalə qarşıma çıxdı. Qəzetdə Gürcüstanın ərazi vahidi olan və Rusiyanın dəstəyi ilə əllərindən alınan qondarma Abxasiya Respublikasının tərkibində döyüşən ermənilərin yerli xalqa etdikləri barədə qəzet, gürcü yazıçısı, milliyyətcə abxaz, Sergi Sadjayadan müsahibə alır və orda yazılır:
"Əsir götürülmüş mülki şəxsləri ağaclara bağladılar, başlarına təkərlər qoydular və yandırdılar. O qədər çox qadına təcavüz edildi ki... Yaştxva kəndində bir gürcü qadın qaça bilməyib bir erməni ailəsini ümid yeri bilib orda gizləndi. Lakin ermənilər onu abxazlara təhvil verdilər və orda olan bütün batalyon qadına təcavüz etdi və o, dəli oldu"
Digər bir şahid Nodar Natadzenin ifadəsindən:
"Baqramyan Batalyonu çoxsaylı vəhşi cinayətlər törətmişdi. Gürcü partizanları bir ermənini əsir götürəndə müharibə artıq bitmişdi. O, ağlamağa və inildəməyə başladı. Gürcülər ona yazığı gəldi və onu buraxmaq üzrə idilər, amma sinəsində bir torba gördülər. Onu açanda gürcülərin gözlərinin cırılmış, kəsilmiş qulaqları və burnu ilə birlikdə olduğunu gördülər. Məlum oldu ki, o, Baqramyan Batalyonunun üzvüdür. Abxaziyalılar öldürdükləri hər bir gürcü üçün ermənilərə yüz dollar ödəyiblər və sübut olaraq ölülərdən bir orqan təqdim etməli olublar."
Gürcü xalqına qarşı bu ağır təcavüz və qətləri törədən Abxaziya tərəfdə döyüşən ermənilərin "Baqramyan" qanunsuz hərbi birləşməsi və bir neçə erməni dəstələri idilər..
Həmin döyüşlər zamanı aparılan istintaq zamanı şahidlərin ifadəsində deyilir:
"Suxumi şəhərinin turizm mərkəzi ərazisində yaşayan yaşlı bir qadın Kseniya Tskvitayın evində əylənən yalnız bir qrup erməni yeyib-içdikdən sonra əylənərək evin sahibini və onun qonşuları olan Zurab Kemulariyanı, Daredjan Turkiyanı, Otar Gegeçkorini, Volodya Kalandiyanı həyat yoldaşı və anası ilə, Lado Benidzeni ailəsi ilə, Beridze ailəsi ilə, Şarden Kalandiyanı ailəsi ilə, Patsatsia qardaşlarını... bir-bir güllələdilər"
Baqramyan vatalyonu 9 fevral 1993-cü ildə 55 nömrəli əmrlə yaradılıb. Onlar gürcülərə qarşı xüsusi qəddarlıqla, sərhədsiz və amansızlıqla davranırdılar: 27 sentyabr 1993-cü ildə və sonrakı günlərdə öz evlərində günahsız qadınları və uşaqları güllələmələri barədə kifayət qədər şahid ifadəsi var. Həmin günlərdə ermənilərin törətdikləri soyqırım və işgəncələr zaman şahidlər deyirlər ki, onlar kinayəli şəkildə "Abxaziya bizim kiçik Ermənistanımızdır", "böyük Ermənistanın cənub sərhədi" deyə qışqırdılar.
Həmin dövürdə gürcülərə qarşı vuruşan ermənilərin sayı 1500-dən artıq olub və əli yüzlərlə gürcünün qanına batmış 20 erməni terrorçusu “Abxaziya qəhrəmanı” adına layiq görülüb.
Gürcüstan Baş Prokurorluğunun erməni dəstələrinin cinayətləri ilə bağlı 200 cildlik istintaq materialı var. Burada ermənilərin Qaqrada yüzlərlə gürcünü stadiona yığaraq işgəncə ilə öldürdükləri və stadionda kəsilmiş başlarla "futbol oynadıqları" barədə dəhşətli şahid ifadələri mövcuddur.
Qulripş və Suxumi rayonlarında erməni silahlılarının yaşlı gürcüləri və uşaqları diri-diri quyulara atması və ya torpağa basdırması barədə çoxsaylı sənədləşdirilmiş faktlar mövcuddur və bunlar istintaq sənədlərinə tikilib. Burada yazılan dəhşətli iki hadisəni yazmaq istəyirəm ki, görəsiniz bu ermənilər heç bir dinə xidmət etmirlər, iblisdən başqa:
Kamani qırğınından təsadüfən sağ çıxan bir nəfərin ifadəsi:
"Kilsəyə girdilər. Rahib Anufriyə dedilər ki, kilsəyə sığınan uşaqların yerini desin və gürcü dilində lənət oxusun. O imtina etdi. Onu elə kilsənin içində, ikonaların qarşısında işgəncə ilə öldürdülər. Erməni əsgərləri kilsədəki qadınları saçlarından tutub çölə sürükləyirdilər."
Oçamçire rayonunda sağ qalan bir yaşlı kişinin ifadəsindən:
"Onlar mülki insanları öldürdükdən sonra cəsədlərin üzərində süfrə açdılar. Şərab içib qələbəni qeyd edirdilər. Cəsədlərin hələ soyumadığı bir vaxtda onların üzərinə ayaq qoyub şəkil çəkdirirdilər. Erməni taboru xüsusilə amansız idi, çünki onlar kəndlərin hər döngəsini, kimin harada gizlənə biləcəyini yaxşı bilirdilər. Çünki onlar bizim qonşularımız idi."
Suxumi yaxınlığındakı Kamani kəndi erməni taboru və abxaz bölmələri 120 dinc sakini qətl edir, 27 sentyabr 1993-cü ildə isə Suxumidə gürcülər öz evlərində, küçələrdə və parklarda kütləvi şəkildə güllələndi. Sağ qalanların ifadələrinə görə, erməni taborunun üzvləri mülki şəxsləri diri-diri quyulara atır, ailə üzvlərini bir-birinin gözü qarşısında edam edirdilər.
O dövrdə Human Rights Watch sənədlərində yazılır:
"Cəsədlərin təhqir edilməsi, gözlərin çıxarılması və digər ağlasığmaz işgəncə üsulları ermənilər və abxazlar tərəfindən dinc gürcü vətəndaşlarına qarşı edilmiş idi"
Bu günün özündə də soyqırıma məruz qalan və ya qaçqın düşən gürcülərin evləri erməni və abxaz ailələrinin əllərindədir..Şahid ifadələrinin bir çoxu indi "Gürcüstanda Abxaziya Soyqırımı" muzeyində və onlayn arxivlərdə saxlanılır.
Zaur Əliyev, tarixçi