DİM-dən gələn həftə dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT

DİM-dən gələn həftə dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT
10:30

Dekabrın 4-də BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak edəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlər.

News365.az xəbər verir ki, namizədlər buraxılış vərəqəsini Dövlət İmtahan Mərkəzinin elektron xidməti vasitəsilə əldə edə bilərlər.

Namizədlər imtahana şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini gətirməlidirlər. Bu sənədlərdən biri çatışmadıqda və ya sənədlərdəki məlumatlar uyğun gəlmədikdə namizəd imtahana buraxılmayacaq.


Sizin reklam burada
Sizin reklam burada