Dağıstanda azərbaycanlı faciəvi şəkildə öldü

Dağıstanda azərbaycanlı faciəvi şəkildə öldü
11:20

Rusiyanın Dağıstan Respublikasında tikinti işləri zamanı azərbaycanlı fəhlə ölüb.

News365.az xəbər verir ki, hadisə Dağıstanda inşa edilən çoxmərtəbəli yaşayış binasında baş verib.

Biləsuvar rayonundan olan 1988-ci il təvəllüdlü Elnur Gülağa oğlu Abışov işlədiyi binada hündürlükdən yıxılıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində ölüb.

Hadisənin başvermə şəraiti araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada