Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı xüsusi olaraq qeyd etdi: " ......gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil
yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. "
Gənclər dövlətin inkişafı üçün əsas qüvvə hesab edilir. Onlar fəal vətəndaşlıq nümayiş etdirirlər, yeniliklər və texnoloji inkişaflar edirlər, gələcək kadrları və mütəxəssis bazasını formalaşdırır vəmədəni inkişafa töhfə verirlər.
Artıq həyatın bir mərhələsində əldə edilən biliklər bir ömür boyu effektiv olmağa imkan vermir. Zaman-zaman biliklər yenilənməli, yeniliklərin öyrənilməsi vacib məqama çevrilir. Dövlətlər və cəmiyyətlər hər gün yeni təhdidlərlə üzləşir və bu təhdidləri zamanında və operativ qabaqlamağı bacaranlar dayanıqlı olur və uğur əldə edə bilirlər.
Süverenliyin tam bərpasından sonra Azərbaycan müasir tarixində yeni mərhələyə qədəm qoyub. Bu yeni mərhələdə Azərbaycan regional mərkəz olaraq mövqeyini möykəmləndirməyə çalışır. Yeni mərhələdə uğurun əldə edilməsi üçün dövlət-cəmiyyət münasibətlərinin nə qədər effektiv qurulmasıda rol oynayacaq.
Mövcud dövlət idarəçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, yeni kadr bankının formalaşdırılması üçündə xüsusi addımların atılması vacibdir.
Bu işi həyata keçirtmək üçün optimal bazada mövcuddur. Misal üçün, Nabranda dövlət balansında olan və hal-hazırda effektiv fəaliyyət göstərməyən bir istirahət mərkəzini müəyyən edib, təmir etdikdən sonra, orada xüsusi idarəetmə emalatxanasının yaratmaq olar.
Yeni dövət qulluğuna qəbul edilən gənclər, mövcud dövlət qulluqçuları, məktəb və tibb müəssisəsi direktorları, jurnalistlər,blogerlər bu emalatxanada müxtəlif bacarıqların öyrənilməsi təlimlərinə cəlb edilə bilərlər. Yay aylarında istedadlı gənclər, bilik olimpiyadalarının qalibləri üçün düşərgələr, master klaslar təşkil edilə bilər.
Təlim proqramlarının hazırlanmasına isə Türkiyə, Rusiya, Avropa və ABŞ universitetlərinin təlim proqramlarından istifadə edilə bilər. Beləliklə bu bahalı proqramları ödənişli olaraq qeyd edilən ölkələrdə keçə bilməyən gənclər yerli emalatxanalarda bu imkanı əldə edəcəklər. Nəticədə həm dövlət daha bacarıqlı və dayanıqlı kadr əldə edəcək, gənclər isə daha yenilənmiş biliklər.
Son nəticədə bu dövlət xidmətlərinin göstərilməsində effektivliyi artıracaq.
Aqil Məmmədov, ekspert