Viktor Orban Azərbaycandadır- YENİLƏNİB

Viktor Orban Azərbaycandadır- YENİLƏNİB
14:00

Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstanın Baş nazirini hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

News365.az xəbər verir ki, Macarıstan lideri oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətlər Təşkilatının Zirvə toplantısında iştirak edəcək.

Səfər zamanı Macarıstanın Baş naziri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə də ikitərəfli danışıqlar aparacaq.


Sizin reklam burada
Sizin reklam burada