İdman
sağlamlıqdır. Bəlkə də ona görə deyirlər ki, sağlam bədəndə sağlam ruh olar.
Ona görə də bir çox valideynlər uşaqlarını erkən yaşda ayrı-ayrı idman növlərinə
qoyurlar. Lakin bu zaman daha çox maddiyyat önə çəkilir. Məsələn son illər çoxlarını
futbolçu görmək istəyir. Bu isə artıq sağlam həyat tərzindən daha çox peşə seçimidir.
Mövzu ilə bağlı News365.az -a danışan pediatr Vaqif
Qarayev deyir ki, son vaxtlar yaşından asılı olmayaraq uşaqlar cudo və
futbola daha çox maraq göstərir:
“Olsun! Amma
uşağınız peşəkar idmançı olmayacaqsa, idmanın aqressiv və fiziki güc tələb edən
növləri ilə məşğul olmasa yaxşıdı. Ən vacib məsələ: əgər uşaq məşqdən və
oyundan sonra özünü pis hiss edirsə, onu mütləq rutin müayinə etdirin. Ən yaxşısı
üzgüçülük və gimnastikadır”.
News365.az