"Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik"- Ceyhun Bayramov

"Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik"- Ceyhun Bayramov
12:10

“Müasir müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu gün ölkəmizin xarici siyasət sahəsində həyata keçirilən ardıcıl və prinsipial xətt Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir". 

News365.az xəbər verir ki, bu sözləri Xarici İşlər Naziri Ceyhun Bayramov media nümayəndələrinə açıqlamasında bildirib.

Ölkəmizin baş diplomatı əlavə edib ki, bu, məhz ulu öndərin uzaqgörən siyasətinin təcəssümüdür. Əsası ötən əsrin 90-cı illərinin son dərəcə çətin və mürəkkəb dövründə qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.



Sizin reklam burada
Sizin reklam burada