"Ukraynanı xilas edirəm" -Tramp

"Ukraynanı xilas edirəm" -Tramp
15:34

ABŞ prezidenti Donald Tramp növbəti dəfə Ukrayna mövzusunda diqqət çəkən açıqlamalar verib. Siyasətçi “The Atlantic”ə müsahibəsində bu ölkəyə kömək etdiyini bildirib. Ağ Ev rəhbəri deyib ki, o, əslində Ukraynanı “xilas edir” və ölkəyə müəyyən mənada öz xidmətini göstərir. 


"Düşünürəm ki, mən bu ölkəni (Ukraynanı-red.) xilas edirəm. Onu da düşünürəm ki, bu ölkə tezliklə darmadağın ediləcək. Bu, (Rusiya-red.) böyük hərbi maşındır. Gəlin bunu etiraf edək",- Tramp qeyd edib.

Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp diqqət çəkən fikirlər səsləndirmişdi. “Sky News” telekanalının məlumatına görə, siyasətçi Ukrayna prezidenti Volodimir Zelenskinin Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutan sülh sazişi bağlamağa hazır olduğunu deyib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada