Ukrayna Belqorodu dronla vurdu - 2 ölü, 9 yaralı var

Ukrayna Belqorodu dronla vurdu - 2 ölü, 9 yaralı var
19 İyl 2026 14:26

Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətinə dron zərbələri endirib.

Bu barədə vilayət qubernatoru səlahiyyətlərini icra edən Aleksandr Şuvayev “Telegram” kanalında məlumat verib.

Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiyanın Belqorod vilayətinə 96 hücum həyata keçirib.
 

Hücumlar nəticəsində Belqorod və Qrayvoron dairələrində iki nəfər həlak olub, Belqorod və Şebekino dairələrində isə biri uşaq olmaqla doqquz nəfər yaralanıb.


Vilayət rəhbərinin sözlərinə görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Belqorod şəhərinə, həmçinin Belqorod, Borisovka, Valuyki, Volokonovka, Qrayvoron, İvnya, Krasnaya Yaruga, Rakitnoye, Şebekino və Yakovlevka dairələrinə zərbələr endirib.


Sizin reklam burada
Sizin reklam burada