Dünyada qiyməti milyonlarla dollarla ölçülən bir sıra lüks və eksklüziv avtomobillər var.
News365.az xəbər verir ki, bahalı avtomobillər arasında Rolls-Royce La Rose Noire Droptail xüsusi yer tutur. Modelin qiyməti təxminən 30 milyon dollardır.
Rolls-Royce Boat Tail isə təxminən 28 milyon dollar qiymətləndirilir.
Siyahıda daha sonra Bugatti La Voiture Noire gəlir. Bu avtomobilin qiyməti təxminən 18,7 milyon dollardır.
Pagani Zonda HP Barchetta modelinin qiyməti 17,5 milyon dollar, Rolls-Royce Sweptail modelinin qiyməti isə təxminən 13 milyon dollar təşkil edir.
Bundan başqa, Bugatti Chiron Profilée hərracda təxminən 10,8 milyon dollara, Bugatti Centodieci isə təxminən 9 milyon dollara satılıb.
Mercedes-Maybach Exelero modelinin qiyməti təxminən 8 milyon dollar, Pagani Huayra Codalunga modelinin qiyməti 7 milyon dollar, Bugatti Divo modelinin qiyməti isə təxminən 5,8 milyon dollar təşkil edir.
Qeyd edək ki, bu avtomobillərin bir çoxu məhdud sayda istehsal olunub və onların qiyməti modelin eksklüzivliyindən, istehsal sayından və konkret satış və ya hərrac nəticəsindən asılı olaraq dəyişə bilər.