Torreiraya hücum edən şəxs həbs edilib.
News365.az xəbər verir ki, Qalatasarayın futbolçusu Lucas Torreiraya yumruqla hücum edən şəxs sosial media üzərindən təhdidlərini davam etdirdiyi üçün həbs edilib.
Yusuf Yıldırım adlı şəxsin Torreiraya qarşı müxtəlif tarixlərdə təhdid xarakterli paylaşımlar etdiyi müəyyənləşdirilib.
O, may ayında İstanbulda futbolçunun üzünə yumruqla zərbə endirmişdi.