Uitkof Putinlə görüşdən sonra Omana niyə uçub?

Uitkof Putinlə görüşdən sonra Omana niyə uçub?
12 Apr 2025 08:30

Xəbər verdiyimiz kimi dünən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkof Sankt-Peterburqa gələrək Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdən sonra onun təyyarəsi aprelin 12-də nüvə sazişinin statusu ilə bağlı ABŞ-İran danışıqlarının keçiriləcəyi Omana enib. Bu barədə xarici KİV məlumat yayıb. Saytlar "Flightradar24"ın məlumatlarına istinad ediblər. 

Xidmətin məlumatına görə, "Gulfstream G650ER" təyyarəsi Omana yerli vaxtla 06:42-də çatıb.


Qeyd edək ki, nüvə sazişinin statusu ilə bağlı ABŞ-İran danışıqları tərəflərin razılığı ilə Omanda keçiriləcək. İran vasitəçilərlə danışıqların aparılmasını təkid edib. Omanda da Uitkofun Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün gəldiyi Sankt-Peterburqdan Omana uçması barədə məlumatlar dolaşır.

Bundan əvvəl Uitkof Birləşmiş Ştatların İran iqtidarı ilə danışıqlarda güzəştə getməyə açıq olduğunu demişdi.

ABŞ prezidentinin xüsusi elçisi  “The Wall Street Journal” qəzetinə bildirib ki, "bizim başlanğıc mövqeyimiz sizin İran nüvə proqramının yığışdırılmasından ibarətdir. Bu bizim bu günə olan mövqeyimizdir”. 

Bununla belə, onun sözlərinə görə, bu o demək deyil ki, tərəflər “güzəştə nail olmaq üçün başqa yollar tapa bilməzlər”.

Tural


Sizin reklam burada
Sizin reklam burada