Xəbər verdiyimiz
kimi 1 noyabr tarixindən Bakının 26 küçə və prospektdə – Neftçilər, Heydər
Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri,
Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən
Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq
meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli,
Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan
Xoyski küçələrində təşkil edilən xüsusi zolaqlara daxil olmaq qadağandır.
Bu zolağa
girən sürücüləri 100 manat cərimə və 2 ballıq cərimə gözləyir.
Bəs. bu qayda
nə vaxtadək qüvvədə olacaq?
Suala cavab
üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.
Qurumdan News365.az-a bildirilib hələlik bu qaydaların ləğvi gündəmdə deyil:
“Hər şey
COP29 tədbirləri başa çatandan sonra aydın olacaq. Ola bilsin ki, bəzi küçələrdəki
zolaqlar elə avtobus zolağı kimi qalsın. Ancaq, hələlik bu barədə qəti fikir yoxdur”.
News365.az