Rusiyanın yeni “Oreşnik” orta mənzilli ballistik raketindən istifadə etməsi Ukraynada gərginliyi daha da artıran NATO ölkələrinə gərginliyin qarşısını almaq üçün açıq xəbərdarlıqdır. Gazeta-nın yaydığı məlumata görə, bunu Braziliyanın “Record News” telekanalına açıqlamasında braziliyalı politoloq, elmlər doktoru Yovana Branko deyib.
“Bu, Rusiyanın təkcə Ukraynanı deyil, bütün Qərb müttəfiqlərini son dövrlərdəki dəstəyin hansı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdar etmək üsuludur”, -o qeyd edib.
Politoloq vurğulayıb ki, prezident Vladimir Putin artıq bir neçə aydır ki, Rusiya ərazisinə Qərb silahlarından zərbələr endirilməsinin Rusiya rəhbərliyi tərəfindən ABŞ-nin, eləcə də onun Avropadakı müttəfiqlərinin münaqişədə birbaşa iştirakı kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, noyabrın 21-i səhər saatlarında rus qoşunları müxtəlif tipli raketlərlə Dnepr şəhərinə hücum edib. O cümlədən, Rusiya Federasiyasının Həştərxan vilayətindən ballistik raket buraxılıb. Ukrayna mediası bunun qitələrarası ballistik raket olduğunu iddia edib və onun düşmə anını əks etdirən görüntüləri yayıb. Rusiya ordusu ilk dəfə olaraq yeni orta mənzilli “Oreşnik” raketindən istifadə etməsini açıqlayıb. "Oreşnik"dən istifadə beynəlxalq aləmdə rezonans doğurub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural