ABŞ və bir sıra Avropa ölkələrinin bəzi rəsmiləri 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ittifaqın tərk etdiyi nüvə silahlarının Ukraynaya qaytarılmasını təklif ediblər. Bu barədə New York Times(NYT) qəzeti yazıb.
Məqalə müəllifi qeyd edib ki, belə bir addım atmaq, ideyanı həyata keçirmək çox çətindir. Bu, hamını ciddi nəticələrlə təhdid edir.
Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk bildirib ki, münaqişəni uğurla başa çatdırmaq üçün Kiyev və onun müttəfiqləri cəbhə xəttindəki vəziyyəti dəyişməli və bununla da danışıqlara şərait yaratmalıdır.
Keçmiş nazirin sözlərinə görə, Ukrayna əldə olunacaq atəşkəsin hər hansı formada pozulmasının qarşısını almaq üçün kifayət qədər ehtiyat atəş gücünə malik olmalıdır. Məsələn, Kiyev Rusiya hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə, dərhal zərbə endirmə potensialına, üçün uzaqmənzilli silahlar arsenalına malik olmalıdır.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural