Putinin 21 yaşlı qeyri-qanuni qızı Yelizaveta Parisdə yaşayır. O, adının Luiza kimi çağırılmasını xahiş edir və Fransada bakalavr dərəcəsində diplom da alıb. Bu, TSN-nin hazırladığı sujetdə məlumat verilib. İddia olunub ki, qız tapılmaması üçün ata adını və soyadını Luiza Rozova olaraq dəyişdirib.
"Rəsmi olaraq Putinin iki qızı var. Bunlar Yekaterina Tixonova və Mariya Vorontsovadır. 30 illik evlilikdən sonra 2013-cü ildə Putin onların anasını boşayıb. Lakin Putinin məşuqəsinin olması ilə bağlı şayiələr, hətta o, rəsmi nikahda olanda da davamlı olaraq ortaya çıxırdı. Bu şaiyələr sonradan qeyri-qanuni münasibətdən uşaqların doğulması xəbərləri ilə alovlanmağa başladı. Bəziləri Rozovanı onlardan biri hesab edir", -məqalədə yazılıb.
Jurnalistlər onunla Putinin qızı kimi danışıblar. Lakin bir dəfə də olsun ondan atasının Putin olub-olmadığını birbaşa soruşmayıblar.
O, müsahibələrindən birində deyib: "Qulaq asın, onun gənc fotoşəkillərinə əsaslanırsınızsa, bəli, yəqin ki, oxşarlıq var. Lakin hər kəsə o da məlumdur ki, Vladimir Vladimiroviçə bənzəyən xeyli sayda insan var...".
Tural