Xəbər verdiyimiz kimi Xəzərin geriləməsi ilə eyni zamanda dillər əzbəri olan nemətlər- növbənöv balıqlar da sanki qəhətə çıxıb.
Mövzu ilə bağlı News365.az-a müsahibimiz ekoloq Qorxmaz İbrahimli danışıb.
Onun sözlərinə görə, dənizin çirklənməsi nəticəsində bir çox canlılar Xəzərdə yox olmağa başlayır:
"Dəniz balığından əlavə daha nələrə həsrət qalmamışıq. Bu israfçılıqla, bu plansızlıqla hər şeyə həsrət qalacayıq. Zaman gələcək balıqların hamısını şəkildən tanıyacayıq. Dənizlərdə Nərə kimi balıqların kökünün kəsilməsinin birinci səbəbi karrupsiyadır. 1990-cı illərin, 2000-ci illərin əvvələrində baş verən ovlanmalarının nəticəsidir. Azərbaycan sektorunda demək olar ki, təbii nərəkimilərdən tapmaq çox çətindir. İndi suni şəkildə yetişdirilməyə başlayıb, hətta qiymət də qaldırıldı. Onun kürüsü, özü elə bir vəziyyətə salınıb ki, hər şey bahalaşıb.
Dənizin çirklənməsi nəticəsində bir çox canlılar Xəzərdə yox olmağa başlayır. Döl pozulursa, artmırsa, inkişaf olmur. Kür çayı,Ural çayı, Volqa çayının suyu azalırsa, Xəzərə çatmırsa, balıqlar döl üçün şirin sulara axa bilmirlər.
Bizim balıq mədəniyyətimiz yoxdur. Biz balığı, balıq kimi yemirik. Hər cür möhtəkirlər, fırıldaqçılar bizə hər cür balıq yedirtməyə çalışırlar. Xüsusən yetişdirmə, Kültür balıq onunla başımlzı alladırlar. Təbii şəraitdə çaylarımızda, dənizlərimizdə inkişaf edən balıqlar düzgün ovlanmamanın və cavabdeh olan qurumların məsuliyyətsizliyi səbəbindən kökü kəsilir."
News365.az