Xroniki stress bağırsaq mikrobiomunun tarazlığını pozur. Bu isə bağırsaq xərçənginin inkişafını sürətləndirə bilər. Gazeta-nın yaydığı məlumata görə, bu barədə UEG Week 2024 konfransında təqdim olunan araşdırmada məlumat verilib.
Aparılan eksperimentlər göstərib ki, xroniki stress təkcə siçanlarda şişin böyüməsinə kömək etmir, həm də faydalı bağırsaq bakteriyalarının, xüsusən də "Lactobacillus" laktik turşu bakteriyalarının sayını azaldır. Tədqiqatlarda bu bakteriyaların CD8+ immun T hüceyrələrinin səviyyələrinə təsir etməsi də təsdiqlənib. Onlar antişiş immununda həlledici rol oynayırlar.
Tural