"20 Yanvar"dakı ticarət köşklərinin yığışdırılması məqsədəuyğundur"- Tahir Rzayev

"20 Yanvar"dakı ticarət köşklərinin yığışdırılması məqsədəuyğundur"- Tahir Rzayev
15:15

 "20 Yanvar" metrostansiyasının keçidlərindən mağazaların, ticarət köşklərinin yığışdırılması məqsədəuyğundur".   

Bunu News365.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

"Metro stansiyalarında, keçidlərdə mağazaların fəaliyyət göstərməsini məqbul hesab etmirəm. Çünki hər gün metroya yüz minlərlə insan gediş-gəliş edir. Onların təhlükəsizliyinin təmin olunması, rahat hərəkətin nizamlanması həm məsuliyyət, həm də vətəndaşlıq borcu tələb edir.

 Deputat bildirib ki, kiçik sahibkarlar üçün də şərait yaratmaq vacibdir:

"Əgər bu insanlara münasib ərazilərdə ticarət etmələri üçün lazımi şərait yaradılıbsa, etirazlarına, yaxud çağırışlarına heç bir ehtiyac yoxdur. Bu əsassızdır. Sahibkarları qızışdıranların onları etiraz aksiyalarına təhrik etmələri, neqativ hallara çağırışları yolverilməzdir. Düşünürəm, bunun üçün məsuliyyət dərəcələri var. Hər kəs öz hərəkətinə məhəl qoymalı, nə etdiyini yaxşı düşünməlidir. Azərbaycan qanunlarla idarə olunan dövlətdir. Vətəndaşların narahatlığına, gediş-gəlişlərinə maneə olmaq müəyyən dərəcədə inzibati məsuliyyət yaradır. Hər bir kəs bunu bilməlidir". 

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər