ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr üzrə sədri Maykl Makkol diqqət çəkən fikirlər səsləndirib. O, hər kəsi əmin edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynanı dəstəkləməyə davam edəcək. Çünki Vaşinqton bu münaqişədə uduzmamalıdır.
O, iddia edib ki, Çin münaqişənin hazırki diqqətlə inkişafını izləyir və Kiyevin müttəfiqlərinin necə hərəkət etdiyini də müşahidə edir. Konqresmen belə hesab edir ki, Qərbin zəifliyi Pekini də təcavüzə sövq edə bilər.
"Biz bu döyüşü uduzmağı gözə ala bilmərik",- Makkol deyib. Onun sözlərinə görə, Trampın dövründə Ukraynaya əlavə yardım üçün müxtəlif variantlar ola bilər. Söhbət kreditlərdən və "Lend-Lease" imkanlarından gedir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural