Xəbər
verdiyimiz kimi noyabrın 18-dən etibarən Milli Məclisin komitələrində 2025-cü
ilin Dövlət Büdcəsinin layihəsi müvafiq dövlət qurumlarının iştirakı ilə
müzakirə edilir. Müzakirələr zamanı bəzi maraqlı məqamlar ortaya çıxıb.
News365.az xəbər verir ki, məlum olub ki, Milli Məclisin və onun
aparatının 2025-ci ildəki xərclər smetası 51 milyon 851 min 447 manat olacaq.
Həmin vəsaitin
29 milyon 396 min 34 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 milyon 235 min
143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə, 121 min 40 manatı
ölkədaxili ezamiyyətlərə, 2 milyon 300 min manatı isə xarici ezamiyyətlərə xərclənəcək. Həmçinin
bəzi deputatların kirayə haqqına və digər xərclərinə 26 min 400 manat vəsait nəzərdə
tutulub.
Diqqət çəkən
bəzi xərclər də var. Məsələn, Milli Məclis əməkdaşlarının və deputatların beynəlxalq
telefon danışıqları üçün 40 min manat, internet xidməti üçünsə 105 min 362
manat xərc proqnozlaşdırılır.
News365.az