Əsgərləri ton yarımlıq FAB-1500 bombası ilə vurdular - VİDEO

Əsgərləri ton yarımlıq FAB-1500 bombası ilə vurdular - VİDEO
16:16

Rus pilotlar Rusiya Federasiyasının Kursk vilayətində cəmləşmiş Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbi qulluqçularının üzərinə  ton yarımlıq yüksək partlayıcı gücə malik FAB-1500 bombası atıblar. Bununla bağlı müvafiq video "Russian Aviation" Telegram kanalında yayılıb. 

Təqdim olunan kadrlarda bombanın vurulduğu yerdə böyük bir alovun əmələ gəlməsi aşkar görünür. 

Aviasiya bombasının dəqiq istifadə tarixi və konkret məkan açıqlanmayıb. Zərbənin hansı nəticələrə səbəb olduğu da məlum deyil.

Xatırladaq ki, noyabrın 7-də də Rusiyanın Teleqram kanalları Kursk vilayətinin Çerkasskoye Poreçnoye kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin mövqeyinə başqa bir dəhşətli FAB sursatı olan FAB-3000 aviasiya bombasının atılmasını əks etdirən video yaymışdılar.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural

Youtube kanalımız

Oxşar xəbərlər