Türkiyədə saxta içki problemi davam edir - Özbəkistan vətəndaşları öldü

Türkiyədə saxta içki problemi davam edir - Özbəkistan vətəndaşları öldü
18 Yan 2025 18:15

Türkiyədə saxta alkoqol zəhərlənməsindən ölən Özbəkistan vətəndaşlarının sayı 17 nəfərə çatıb.


News365.az xəbər verir ki, məlumatı Özbəkistanın İstanbuldakı Baş konsulluğu yayıb.


Bildirilib ki, Türkmənistanın iki vətəndaşı artıq fakt üzrə saxlanılıb.


Onlardan 50 litr spirt və saxta sənədlər götürülüb.


Qeyd edək ki, İstanbulda spirtli içkidən zəhərlənərək ölənlərin ümumi sayı 38-ə çatıb.