Türkiyədə mikroavtobusla minik avtomobil toqquşub, ölən və yaralananlar var

Türkiyədə mikroavtobusla minik avtomobil toqquşub, ölən və yaralananlar var
27 Sen 2026 22:11

Türkiyədə ağır yol qəzası olub.

Hadisə Qaziantepdə qeydə alınıb.

Belə ki, sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşduqdan sonra aşıb. Qəza nəticəsində 7 nəfər ölüb, daha 13 nəfər yaralanıb.

Əraziyə təcili yardım, jandarm, xilasedicilər göndərilib.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb.

Hadisənin başvermə səbəbi açıqlanmır. Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada