Türkiyə Super Liqası: “Qalatasaray” məğlub olub

Türkiyə Super Liqası: “Qalatasaray” məğlub olub
21 Fev 2026 23:20

Türkiyə Super Liqasında XXIII turun oyunları keçirilir.

News365.az xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Konyaspor"un qonağı olub. Matçda hesabı meydan sahibləri açıb. Adil Demirbağ fərqlənib. Çox keçmədən Blaz Kramer "ağ-yaşıllar"ın qələbə qolunu vurub - 2:0.

Qeyd edək ki, "Qalatasaray" 55 xalla liderliyini davam etdirir.


Sizin reklam burada
Sizin reklam burada