Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda 24 medal qazanıblar

Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda 24 medal qazanıblar
16:36

Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunu 24 medalla başa vurublar.

Yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Gəncə İdman Sarayındakı turnirin ikinci günündə daha 11 idmançı mükadatçılar sırasına düşüb.

Yusuf Nəzər (73 kq) və Yaqub Məmmədov (81 kq) qızıl, Sadiq Məmmədov (73 kq) gümüş medala sahib çıxıb.

Akif Məmmədli (73 kq), Polad Həsənli (81 kq), Amin Mehdiyev (81 kq), Ömər Axundov (90 kq), Nurəddin Əliyev (90 kq), Hüseyn Hüseynov (+90 kq), Tamerlan Əliyev (+90 kq), Məsumə Məmmədli (70 kq) bürünc mükafat qazanıblar.

Xatırladaq ki, ilk gündə Azərbaycanın yeniyetmə cüdoçuları 13 medal qazanıblar.


Sizin reklam burada
Sizin reklam burada