Pakistan paytaxtında kritik görüş: ABŞ və İran birbaşa danışacaq

Pakistan paytaxtında kritik görüş: ABŞ və İran birbaşa danışacaq
10:24

Aprelin 10-da Pakistanın paytaxtı İslamabad şəhərində ABŞ və İran rəsmiləri arasında keçirilməsi planlaşdırılan danışıqların birbaşa formatda baş tutacağı gözlənilir.

News365.az xəbər verir ki, bunu İran dövlət televiziyası açıqlayıb.

Məlumatda qeyd olunub ki, tərəflər arasında görüş cümə günü üzbəüz şəkildə reallaşacaq.

Eyni zamanda, CNN telekanalı ABŞ administrasiyasındakı mənbələrə istinadən bildirib ki, danışıqlarda ABŞ-ın vitse-prezidenti J. D. Vance, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner də iştirak edə bilər.

Qeyd edək ki, görüşün əsas məqsədinin iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların müzakirəsi olduğu bildirilir.

News365.az



Sizin reklam burada
Sizin reklam burada