Xəbər verdiyimiz kimi ABŞ-İsrail-İran münaqişəsi iştirakçıları arasında razılıq əldə olunub. Və bu günədən atəşkəs elan olunub.
Maraqlıdır ki, sülh razılaşmasından daha çox tərəflər öz uğurlarından danışırlar.
Bəs, qalib hansı tərəfdir?
Mövzu ilə bağlı News365.az-a danışan ekspert Əkrəm Həsənov deyir ki, ABŞ və İran arasında atəşkəs razılığı əldə olunmasını həqiqətən hər iki tərəf bunu özlərinin qələbəsi kimi təqdim edir:
“Həqiqət isə odur ki, İran ciddi itkilərə məruz qalıb, ABŞ isə yekunda istədiyinə nail ola bilmədi və dünyadakı nüfuzu kəskin endi. Hər şey müqayisədə bəlli olur. 5-ci ildir ki, təcavüzkar Rusiya ataşkəsə razı olmur, Ukrayna isə bunu çox arzulayır. Yəni atəşkəs təcavüzkarın xeyrinə deyil. Təcavüzkar ABŞ isə atəşkəsi özü arzulayırdı, İran isə razılaşmırdı. Deməli, hər bir halda hazırda ən azı təşəbbüs İranın əlindədir, şərtləri o diktə edir. Qazanan isə dünya oldu. İran xalqının qəhrəmanlığı və dövlətinin dayanıqlığı nəticəsində dünya ABŞ-İsrail cütlüyünün növbəti təcavüzlərindən və dünyaya hegemonluq etmək istəyindən qurtuldu. Necə deyərlər, başları daşdan-daşa dəydi”.
News365.az